REGİONLAR
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
Gəncə, 14 iyun, Elcan Məmmədov, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransı açan YAP Gəncə Şəhər Təşkilatının sədri, deputat Naqif Həmzəyev xalqımızın tarixinə qızıl hərflərlə yazılan Milli Qurtuluşun ictimai, siyasi və tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan müstəqilliyini bərpa etsə də, erməni təcavüzü, iqtisadi böhran və o zaman iqtidarda olan qeyri-peşəkar insanların yarıtmaz idarəçiliyi müstəqilliyimizin itirilməsi təhlükəsi yaratmışdı. Azərbaycan xalqı bu təhlükəni hiss edərək öz xilaskarına - Heydər Əliyevə üz tutdu. Xalqın istəyi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdaraq Azərbaycanı böyük bəlalardan xilas etdi.
Konfransda iştirak edən digər natiqlər - ziyalılar, tarixçilər və partiya fəalları, eləcə də konfransa onlayn qoşulan gənclər Milli Qurtuluş Gününün Azərbaycanın varlığındakı əhəmiyyətindən söz açıblar.