CƏMİYYƏT


YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gənclər Birliyinin sədri Bəxtiyar İslamov tədbirdə çıxış edərək belə görüşlərin əsas məqsədinin Gənclər Birliyi üzvlərinin bilik və təcrübələrinin artırılması olduğunu vurğulayıb. Bəxtiyar İslamov qeyd edib ki, qırx dörd günlük Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad edilmiş torpaqların bərpası, o cümlədən ekoloji vəziyyətin yaxşılaşdırılması əsas vəzifələrdən biridir. “İşğaldan azad olunmuş ərazilərdə vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda keçirilən görüş gənclər üçün xeyli faydalı olacaq.

Görüşdə çıxış edən YAP-ın Təftiş Komissiyasının üzvü, Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov əvvəlcə ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərə yüksək diqqət və qayğı göstərib. Həmin siyasi kurs dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ulu Öndərin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi Azərbaycanımızın işıqlı gələcəyinin əsas prioritetlərindəndir. Ümummilli lider Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını milli-mənəvi dəyərlər əsasında yaradaraq, onu real həyatda gerçəkləşdirib. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir”.

Sadiq Qurbanov qeyd edib ki, ərazilərimizin işğaldan azad olunmasında və hazırkı bərpa–yenidənqurma prosesində gənclərin yaradıcı düşüncələrinə, yaradıcı ideyalarına geniş ehtiyac duyulur: “Qarabağın bərpasında cəmiyyətin hərəkətverici qüvvəsi kimi gənclərin üzərinə vacib vəzifələr düşür. Qarabağa böyük qayıdış prosesində gənclərin rolu isə xüsusi önəm kəsb edir. Prezident İlham Əliyev işğaldan azad olunan əraziləri “yaşıl zona” elan edib. Orada “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin icrasına başlanılıb. Bu istiqamətdə gənclərin üzərinə böyük vəzifələr düşür”.

Daha sonra komitə sədri gənclərin suallarını cavablandırıb.

Görüş müzakirələrlə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.