CƏMİYYƏT


YAP Gənclər Birliyi ilə Qazaxıstanın “Jas Otan” gənclər təşkilatı arasında əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb

Bakı, 8 oktyabr, AZƏRTAC

Qazaxıstan Respublikasının Çimkent şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə Qazaxıstanın “Nur Otan” partiyasının “Jas Otan” gənclər qolu arasında görüş keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Bəxtiyar İslamov Yeni Azərbaycan Partiyası və “Nur Otan” partiyasının gənclər təşkilatları arasında yeni əməkdaşlığın qurulmasının, qarşılıqlı səfərlərin, birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Gənclər Birliyinin sədri Azərbaycanın möhtəşəm Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsini şərtləndirən amillər barədə danışıb, qazaxıstanlı həmkarlarına bununla bağlı ətraflı məlumat verib. Həmçinin qeyd olunub ki, ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda yeni reallıqlar yaradıb.

Bəxtiyar İslamov “Jas Otan” gənclər qolunun sədrini ölkəmizə səfərə dəvət edib.

Qazaxıstanın “Nur Otan” partiyasının “Jas Otan” gənclər qolunun sədri Nurcan Jetpispayev rəhbərlik etdiyi təşkilat barədə ətraflı məlumat verib, qarşılıqlı münasibətlərin önəmini vurğulayıb. Bunun hər iki ölkənin hakim partiyalarının gənclər təşkilatları arasında təmasların inkişafı baxımından əhəmiyyətini qeyd edib.

N.Jetpispayev Qazaxıstan gəncləri adından Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə münasibətilə bir daha təbriklərini çatdırıb.

Görüşdə hər iki partiyanın gənclər təşkilatları arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.