SİYASƏT


YAP Gənclər Birliyi ilə “Somos Venesuela” Gənclər Siyasi Hərəkatı arasında görüş keçirilib

Bakı, 4 iyul, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Venesuela Bolivar Respublikasının “Somos Venesuela” Gənclər Siyasi Hərəkatının Baş Katibi, Gənclər üzrə Nümayəndəsi xanım Vanessa Monteronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Venesuela Bolivar Respublikasının “Somos Venesuela” Gənclər Siyasi Hərəkatının Baş Katibi, Gənclər üzrə Nümayəndəsi xanım Vanessa Montero təmsil etdiyi “Somos Venesuela” Gənclər Siyasi Hərəkatının fəaliyyəti haqqında məlumat verib, qonaqpərvərliyə görə dərin minnətdarlığını ifadə edib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında təşkilatın sədr müavini seçildiyini diqqətə çatdıran V.Montero ona yüksək etimadın göstərildiyini qeyd edib. YAP Gənclər Birliyi və “Somos Venesuela” Gənclər Siyasi Hərəkatı arasında yeni əməkdaşlığın qurulmasının, qarşılıqlı səfərlərin, birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədr müavini seçilməyi münasibətilə Vanessa Monteronu təbrik edib. O, YAP Gənclər Birliyinin fəaliyyəti barədə ətraflı məlumat verib, qarşılıqlı münasibətlərin önəmini vurğulayıb. Bunun hər iki ölkənin hakim partiyalarının gənclər təşkilatları arasında təmasların inkişafı baxımından əhəmiyyətini qeyd edib. Həmçinin bildirilib ki, hər iki ölkənin gəncləri arasında münasibətlərin inkişafı üçün geniş perspektivlər var.

Görüşdə YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, Venesuela Milli Assambleyasının deputatı Juan Escalona və bu ölkənin Azərbaycandakı səfiri Kristofer Martinez Berroteran da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.