CƏMİYYƏT


YAP Gənclər Birliyi tərəfindən keçirilən “Davamlı İnkişaf Məktəbi” layihəsinin müsahibə mərhələsi başa çatıb

Bakı, 25 iyun, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinin müsahibə mərhələsi başa çatıb.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə layihədə iştirak üçün müraciət edən 500-dək gənc arasından 146 uğurlu namizəd seçilərək müsahibəyə dəvət edilib. Müsahibə mərhələsindən uğurla keçən 17 nəfər Yeni Azərbaycan Partiyasının üzvü və 17 nəfər bitərəf gənc olmaqla, ümumilikdə 34 nəfər layihədə iştirak hüququ qazanıb.

Dörd ay davam edəcək layihə çərçivəsində gənclərə ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni, o cümlədən, dövlət idarəçiliyi sahələrində nəzəri və praktiki modullar əsasında seminarlar keçiriləcək, iştirakçılar xüsusi debat proqramına cəlb olunacaqlar. Yekunda iştirakçılar münsiflər heyəti qarşısında müxtəlif mövzulu təqdimatlarla çıxış edəcəklər.

Proqramı ən yüksək göstəricilərlə başa vuran bir qrup gənc müxtəlif dövlət qurumlarında təcrübə proqramında iştirak etmək şansı qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.