CƏMİYYƏT


YAP Gənclər Birliyinin nümayəndə heyəti Ukraynada səfərdədir

Bakı, 28 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, sədr müavini Fəsli Nəbiyev, üzvlər - Ülkər Qəhrəmanova, Hüseynxan Hacızadə və YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Hülya Məmmədlidən ibarət nümayəndə heyəti hakim “Sluqa Narodu” partiyasının gənclər qolu olan “Ze! Molodijka” təşkilatının dəvəti ilə Ukraynada səfərdədir.

Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi YAP Gənclər Birliyi ilə “Ze!Molodijka” təşkilatı arasındakı mövcud əlaqələrin daha da gücləndirilməsi, münasibətlərin dərinləşdirilməsidir.

Oktyabrın 30-dək davam edəcək səfər çərçivəsində YAP Gənclər Birliyi və “Ze!Molodijka” təşkilatı arasında Əməkdaşlıq haqqında Memorandum imzalanacaq. Həmçinin “Gənclər arasında təcrübə mübadiləsi” mövzusunda dəyirmi masa təşkil olunacaq. Xarkov şəhər meriyasının rəhbərliyi, Azərbaycanın Xarkovdakı Fəxri Konsulu Əfqan Salmanov, Ukraynanın gənclər və idman nazirinin müavini Marina Popatenko ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.