CƏMİYYƏT


YAP Gənclər Birliyinin videokonfrans formatında təşkil etdiyi yay düşərgəsinin açılışı olub

Bakı, 15 iyul, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) gənclərinin pandemiya dövründə birlik və həmrəyliyinin möhkəmləndirilməsini, əlaqələrinin inkişafını və genişləndirilməsini, siyasi dünyagörüşlərinin formalaşdırılmasını və onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə ilk dəfə olaraq onlayn yay düşərgəsi keçirilir. Yüzlərlə YAP gənci yay düşərgəsinə qoşulmaq üçün müraciət edərək qeydiyyatdan keçiblər.

YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 15-də yay düşərgəsinin açılışı olub.

Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov çıxış edərək ilk dəfə videokonfrans formatında keçirilən yay düşərgəsi haqqında məlumat verib, onun məqsədi, məzmunu, təlimlər, məruzəçilər barədə danışıb.

YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov gənclər üçün bu formatda yay düşərgəsinin keçirilməsinin, gənclərin belə tədbirlərə həvəslə qatılmalarının önəmini vurğulayıb. O, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində gedən döyüşlərdən, ordumuzun gücündən, hərbçilərin yüksək döyüş hazırlığından, gənclərimizin vətənpərvərlik ruhundan danışıb. Şəhid hərbçilərimizə Allahdan rəhmət diləyən S.Novruzov gəncləri heç bir siyasi təxribata uymamağa çağırıb.

Tədbirdə YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva, Birliyin ofisinin rəhbəri Elmar Məmmədov, YAP Oğuz rayon təşkilatının gənclər birliyinin sədri Elşən Alcansoy, YAP Şirvan rayon təşkilatının gənclər birliyinin sədri Nəminə Nəmidə, YAP Binəqədi rayon təşkilatının gənclər birliyinin sədri Fəsli Nəbiyev, YAP Gənclər Birliyinin üzvü Əli Babazadə çıxışlarında iyulun 31-dək davam edəcək yay düşərgəsinin gənclər üçün əhəmiyyətindən söz açıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.