Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib.

Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib. Videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, XXI əsrin texnoloji nailiyyətləri sırasında mühüm əhəmiyyət kəsb edən məqamlardan biri informasiya texnologiyalarının ayrıca qolu olan sosial şəbəkələrin həm cəmiyyətin, həm də insanların həyatına ciddi şəkildə daxil olmasıdır. Hazırda cəmiyyət həyatını sosial şəbəkələrdən ayrı təsəvvür etmək mümkün deyil. Hər bir yeniliyin cəmiyyət həyatına daxil olarkən müsbət məqamları ilə yanaşı, fəsadları da olur. Bunu sosial şəbəkələrin timsalında da görmək mümkündür.

Azərbaycan cəmiyyətində də sosial şəbəkələrin geniş yayıldığını, cəmiyyətin və insanların həyatına öz təsirini göstərməkdə olduğunu qeyd edən YAP Sədrinin müavini deyib: “Araşdırmalar nəticəsində sosial şəbəkələrin inkişafı, istifadəsi ilə bağlı dünyada və Azərbaycanda bir-birindən fərqli meyillər müşahidə olunur. Qlobal miqyasda “Facebook” və “Twitter” istifadəçilərinin sayı artır. Belə ki, “Facebook” istifadəçilərinin sayı 71 faizdən 75 faizə, “Twitter” istifadəçilərinin sayı isə 6 faizdən 6,4 faizə yüksəlib. “YouTube” və “Instagram” istifadəçilərinin sayı isə azalır. Azərbaycanda isə “Facebook” və “Twitter” kimi platformalarda istifadəçilərin sayı azalır, “YouTube” və “İnstagram” istifadə edənlərin sayı artır. Amma istənilən halda sosial şəbəkələr həyatımıza yeni çalarlar gətirib. Onun müsbət məqamları ilə yanaşı, fəsadları da var. Dünyada bu mövzuda aparılan müzakirələr də iki meyil var. Bir tərəfdən, sosial şəbəkələrin rolu yüksək qiymətləndirilib onun istifadəçilərinin sayı genişlənirsə, digər tərəfdən, bu platformanın cəmiyyət həyatındakı fəsadları da ciddi narahatlıq doğurur. Ona görə də mənfi halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyətində hüquqi tənzimləmələrin yaradılması müzakirə olunur”.

Sosial şəbəkələrin yaratdığı mənfi hallardan danışan Əli Əhmədovun fikrincə, bunlardan birincisi, sosial platformalar vasitəsilə yalan məlumatların kifayət qədər geniş yayılması, ikincisi, ziyanlı təbliğatlar üçün geniş imkanlar yaratması və üçüncüsü isə şəxsiyyətə qarşı mənəvi terror aparılmasıdır. Belə hallara qarşı ictimai qınaq da səmərə vermir. Bu xoşagəlməz halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmlərinin yaradılması məqsədəuyğundur.

Videokonfransda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sosial şəbəkələr mövzusu həmişə aktual olub. YAP İcra Katibliyinin bu mövzuda təşkil etdiyi konfransın əhəmiyyətli olduğunu deyən Əli Hüseynli bildirib ki, tədbirdə müxtəlif siyasi partiyaların rəhbərlərinin iştirak etməsi ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdığının nümunəsidir.

Birinci vitse-spiker qeyd edib ki, demokratik cəmiyyətlərdə sosial şəbəkələrin fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi mürəkkəbdir. Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmələrlə əlaqədar məsələlər Azərbaycan qanunvericiliyində müəyyən qədər öz əksini tapır. Amma onun tətbiqi üçün müvafiq addımlar atılmalıdır.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı çıxışında sosial şəbəkələr vasitəsilə yalan məlumatların, təhqir və böhtanların geniş yayıldığını bildirib. Qeyd edib ki, ona görə də bu platformanın hüquqi cəhətdən tənzimlənməsi olduqca vacibdir.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa da çıxış edərək sosial şəbəkələrin geniş yayılmasının qarşısıalınmaz proses olduğunu deyib. Bildirib ki, bəzi ölkələrdə bu platforma ciddi problemlər yaradır, digər ölkələrdə isə cəmiyyətin inkişafına böyük töhfələr verir. Ona görə də çalışmalıyıq ki, ölkəmizdə də sosial şəbəkələr cəmiyyətimizə daha çox fayda versin.

Sonra çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə müəyyən qrupların məqsədli şəkildə sosial şəbəkələr vasitəsilə ölkəmiz haqqında yanlış rəy formalaşdırmağa, yalan məlumatlar yaymağa çalışırlar. Ona görə də bu cür hesabların bağlanması yolları tapılmalıdır. Eyni zamanda, rəsmi sənədlər vasitəsilə sosial şəbəkələrdən qeydiyyatdan keçmək üçün mexanizmlər tətbiq olunmalıdır. Bu mexanizmlərin tətbiqi bu platformanın yaratdığı problemlərin qarşısını xeyli dərəcədə ala bilər.

Milli Məclisin deputatı Etibar Əliyev də çıxışında sosial dünya ölkələrinin şəbəkələrlə bağlı təcrübəsi, bu platformanın hüquqi tənzimləmə mexanizminin yaradılması ilə bağlı aparılan müzakirələr haqqında fikirlərini bildirib, təkliflərini irəli sürüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur