REGİONLAR


YAP İmişli rayon təşkilatında “Yüksəkliyin Heydər Əliyev zirvəsi” adlı konfrans keçirilib

İmişli, 10 may, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü silsilə tədbirlərlə qeyd edilir. Bu münasibətlə YAP İmişli rayon təşkilatında “Yüksəkliyin Heydər Əliyev zirvəsi” adlı konfrans keçirilib.

Konfransda İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının, rayonun idarə və müəssisələrinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın zamanın çətin sınaqlarından şərəflə çıxmasından söhbət açıb. Bildirib ki, ümumiyyətlə, dünyanın böyük şəxsiyyətləri həmişə adi insanların yaşadığı həyat tərzinin fövqündə dururlar. Ulu Öndər insanların həyat yoluna işıq saçan təfəkkür və mənəviyyat sahibi idi. Hərəkətləri sadə olsa da, bunun arxasında həmişə böyük məna dayanıb. Atdığı addımlar, yeritdiyi siyasət, istifadə etdiyi diplomatik üsullar onun uzaqgörənliyini, strateji təfəkkürə sahib olduğunu təsdiq edirdi.

Digər çıxış edənlər bildiriblər ki, müstəqil Azərbaycanın inkişafında Heydər Əliyev siyasəti mühüm yer tutur. Bu konsepsiya bu gün də Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqın taleyüklü məsələlərinin uğurlu həlli, ölkədə milli həmrəyliyin, sülh və demokratiyanın bərqərar olması, xarici siyasət istiqamətindəki qətiyyətli addımlar, inkişaf strategiyasının müəyyənləşdirilməsi Ulu Öndərin adı ilə bağlıdır.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev əsrin əvvəllərindən formalaşan demokratik ənənələrin yaşamasında və inkişafında, milli-mədəni irsimizin qorunmasında və təbliğində əvəzsiz rol oynayıb, Azərbaycanı bütün dünyaya tanıdıb. Türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqın iqtisadi və sosial tərəqqisi, milli oyanışında, Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpasında, möhkəmləndirilməsində və qorunmasında böyük xidmətlər göstərdiyi bir daha vurğulanıb.

Sonda şəhid ailələrinə sovqat paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.