CƏMİYYƏT


YAP Kürdəmir Rayon Təşkilatı “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasını davam etdirir

Bakı, 22 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir Rayon Təşkilatının gəncləri və könüllüləri sentyabrın 22-də “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasını davam etdiriblər.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, partiyanın Kürdəmir Rayon Təşkilatının gəncləri, fəalları və könüllüləri tənha, ahıl insanların evlərinə baş çəkiblər. Onlara koronavirusdan qorunmaq üçün sağlamlıqlarının müdafiəsi məqsədilə gigiyenik vasitələr, maarifləndirici bukletlər paylayıb, xəstəlikdən qorunma üsullarını izah ediblər. Gənclər, həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyənləşdirilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.

Aksiyanın keçirilməsində əsas məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir. Belə tədbirlər davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.