REGİONLAR
YAP Masallı rayon təşkilatında qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüş keçirilib
Masallı, 19 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksən nəticə göstərən gənclərlə görüş olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tələbə adını qazanmış gəncləri təbrik edərək, onlara təhsildə yeni-yeni uğurlar arzulayıb.
Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısını yüksək dəyərləndirən S.Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasətinə uyğun olaraq Azərbaycanda təhsilin inkişafı prioritet istiqamətlərdən biri hesab olunur.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə xüsusi diqqət göstərilir, müasir tələblərə uyğun yeni-yeni məktəblər tikilir, şagirdlərə, tələbələrə, müəllimlərə dövlət qayğısı artırılır, gənc mütəxəssislər məsul vəzifələrə təyin olunur.
Dünyada koronavirus pandemiyası ilə əlaqədar yaranmış bir sıra çətinliklərə baxmayaraq, ölkəmizdə təhsil infrastrukturunun təkmilləşdirilməsi və təhsil sisteminin müasirləşdirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini qeyd edən S.Əliyev gənclərə dövlətimizin təhsilə və tələbələrə olan qayğısından faydalanaraq peşəkar kadr kimi formalaşmağı arzulayıb.
Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova, tələbə adını qazanmış gənclər ölkəmizdə gənc nəsil üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək nəticə göstərmiş gənclərə YAP Masallı rayon təşkilatı tərəfindən hədiyyələr təqdim olunub.