SİYASƏT
YAP NAXÇIVAN ŞƏHƏR TƏŞKİLATININ BEŞİNCİ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, YAP Naxçıvan şəhər təşkilatının beşinci konfransı keçirilmişdir. Tədbirdə şəhər təşkilatının sədri Ələkbər Quliyev hesabat məruzəsi ilə çıxış etmişdir. O, bildirmişdir ki, təşkilat sıralarında 8370 nəfəri birləşdirir. Onlar 174 ilk təşkilatda təmsil olunurlar. Təkcə bu ilin ötən altı ayı ərzində partiya sıralarına 161 yeni üzv qəbul olunmuş, altı ilk təşkilat yaradılmışdır. Partiya üzvlərinin 3620 nəfərini gənclər təşkil edir. Siyasi təşkilatda 4087 nəfər qadın fəaliyyət göstərir.
Sonra məruzə ətrafında çıxışlar oldu. Axırda təşkilati məsələlərə baxılmışdır.
Ələkbər Quliyev yenidən YAP Naxçıvan şəhər təşkilatının sədri seçilmişdir.