REGİONLAR


YAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib

Naftalan, 5 avqust, Elcan Məmmədov, AZƏRTAC

Avqustun 4-də Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, YAP Naftalan şəhər təşkilatının hesabat dövründəki fəaliyyətinin əsas istiqamətlərindən biri ölkə prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarətdir.

Hatəm Qocayev qeyd edib ki, hesabat dövründə təşkilatımız sosial bazasını xeyli möhkəmləndirmiş və partiya sıralarının daha da artırılması istiqamətində kifayət qədər işlər görülüb. Partiya sıralarına 202 nəfər yeni üzv qəbul olunub və hazırda 36 ərazi ilk partiya təşkilatında 1291 nəfər partiya üzvü fəaliyyət göstərir.

Sonra YAP Naftalan şəhər təşkilatı Nəzarət-Təftiş Komissiyasının sədri Anar Əsədzadənin hesabatı dinlənilib.

Hesabat məruzəsi ətrafında çıxış edən Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Vüqar Novruzov ulu öndər Heydər Əliyev dühasından yaranan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salaraq, hazırkı dövrdə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin bariz nümunəsi olaraq Naftalan şəhərində həyata keçirilən irimiqyaslı sosial-iqtisadi layihələr barəsində geniş məlumat verərək, YAP Naftalan şəhər təşkilatının hesabat dövründəki uğurlu fəaliyyətini qeyd edib.

Müzakirələr zamanı YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədr əvəzi İsa İsayev, Naftalan Şəhər Təhsil şöbəsinin müdiri, ərazi partiya təşkilatının sədri Rəna Dəmirova, Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Faiq Rüstəmov, Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəis müavini, ərazi partiya təşkilatının sədr müavini Elman Şərəfxanov hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində Yeni Azərbaycan Partiyası öz proqramında nəzərdə tutulan vəzifələri yerinə yetirib. Bu baxımdan, VII qurultayda qəbul olunmuş qərarlar, partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda qarşıya qoyduğu tövsiyə və tapşırıqlar hər bir partiya üzvü üçün yeni vəzifələr müəyyənləşdirir.

X hesabat konfransının keçirilməsi münasibətilə YAP Naftalan şəhər təşkilatının üzvlərini təbrik edən Əhliman Tağıyev təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Naftalan şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.