CƏMİYYƏT


YAP Nəsimi rayon təşkilatında Müstəqillik Günü qeyd olunub

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.

Partiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon ərazi partiya təşkilatlarının sədrləri və müavinləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan dövlətinin sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan edib.

Sonra çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyalarında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edib və dövlət müstəqilliyimiz bərpa olunub.

Nəsimi rayon ərazi partiya təşkilatının sədri, tarix elmləri doktoru Qorxmaz Mustafayev çıxışında vurğulayıb ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti nəhəng işlər görüb, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub.

Nəsimi rayon ərazi partiya təşkilatının sədri Yavər Məmmədov bildirib ki, bu il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 ili tamam olur. Dörd il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunub. Bu il isə biz ilk dəfə 28 may tarixini Müstəqillik Günü kim qeyd edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.