CƏMİYYƏT


YAP Nəsimi rayon təşkilatının fəal gəncləri Vətən müharibəsi qaziləri ilə görüşüblər

Bakı, 9 oktyabr, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsinin ildönümü ərəfəsində YAP Nəsimi rayon təşkilatının qərargahında partiyanın fəal gəncləri ilə Vətən müharibəsində yaralanmış qazilərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Salman Salmanov Vətən müharibəsində ordumuzun göstərdiyi şücaətdən bəhs edərək dövlətimizin və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazilərimizin yanında olduqlarını bildirib.

Nəsimi Rayon Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva çıxışında torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti ilə cəngavər oğullarımız tərəfindən azad edildiyini və bu Zəfərin Azərbaycanın tarixinin ən şanlı səhifəsi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və Vətən müharibəsi Qazisi Rüfət Salmanov şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan danışıblar.

Öz növbələrində qazilər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, 44 günlük Vətən müharibəsindən xatirələrini bölüşüb, Azərbaycan Ordusunun qüdrətindən və əzmindən bəhs ediblər.

Vətən müharibəsi qazilərinin sosial dəstəklə təmin olunmaları sahəsində işlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.