SİYASƏT


YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Məhsəti Gəncəvi küçəsi, 147” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Bu barədə AZƏRTAC-a rayon təşkilatından verilən məlumatda qeyd olunur ki, keçirilən təsis yığıncağında çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova, partiya üzvlərindən Kəmalə Cəlilova, İradə İsayeva, Samirə Rüstəmova və digərləri ilkin olaraq 30 il əvvəl Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olduğu barədə danışıblar.

Çıxışlarda o da vurğulanıb ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub.

Bildirilib ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatındakı fəaliyyəti ilə yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiya olduğunu sübut edib.

Əlavə edilib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb və Təranə Aslanova yekdilliklə “Məhsəti Gəncəvi küçəsi, 147” ərazi partiya təşkilatının sədri, Zeynəbxanım Əliyeva isə sədr müavini seçilib.

Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə yığıncaq iştirakçılarına öz təşəkkürlərini çatdırıblar.

Sonda bir qrup şəxsin partiyaya üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.