CƏMİYYƏT
YAP Pirallahı rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Yeni Azərbaycan Partiyasının təkcə ölkənin deyil, regionun aparıcı siyasi təşkilat olduğunu deyib. H.Şikarov ölkədə keçirilən bütün seçki proseslərində Yeni Azərbaycan Partiyasının qələbəsinin onun yenilikçi və monolit partiya olması ilə əlaqələndirib, partiyanın siyasi kursunun əsas aspektlərindən, rayon təşkilatının qarşıda duran vəzifələrindən danışıb. O, ərazi ilk partiya təşkilatlarında işin günün tələbləri səviyyəsində qurulması, üzvlük haqlarının vaxtında toplanması, nümunəvi və zəif ərazi ilk partiya təşkilatları, iki ərazi ilk partiya təşkilatında sədrlərin dəyişdirilməsi prosesini, ərazi ilk partiya təşkilatlarında maarifləndirici təbliğat tədbirlərinin gücləndirilməsini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Sonda Hikmət Şikarov YAP-ın yeni üzvlərinə partiya üzvlük vəsiqələrini təqdim edib, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının daim rayonun iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar yolu ilə vətəndaşlara layiqli həyat şəraiti yaratmaq, rayonda əmək və ictimai fəallığı artırmaq, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, insanlara sağlam həyat tərzi aşılamaq üçün məqsədyönlü şəkildə sosial siyasət apardığını, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlərdə fəal iştirak etməyi tövsiyə edib.