CƏMİYYƏT


YAP: Qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk

YAP: Qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk

Bakı, 6 fevral, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib və yaralananlara şəfa diləyib.

AZƏRTAC xəbər verir ki, Partiyanın rəsmi tviter və feysbuk hesablarında paylaşılan başsağlığında qeyd edilib: “Qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri dərin təəssüf və kədər hissi ilə qarşıladıq. Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik. Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını ümid edir, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.