REGİONLAR


YAP Qax rayon təşkilatının fəal gəncləri rayonun tarixi abidələrinə yürüş təşkil ediblər

Qax, 4 may, Mustafa Dadaşov, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə gənclərin İlisu kəndində yerləşən tarixi abidələrə yürüşü təşkil edilib.

AZƏRTAC-ın bölgə muxbiri xəbər verir ki, yürüş zamanı gənclər İlisu kəndində inşa tarixi XVII-XVIII əsrlərə aid edilən ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri olan “Sumuq qala” və “Ulu məscid”i, həmçinin dağüstü yüksəklikdə yerləşən “Qalaça” abidəsini ziyarət edib, qalanın üzərində üçrəngli Azərbaycan bayrağını dalğalandırıblar.

Yürüşün təşkilində məqsəd rayonun tarixi, İlisu kəndinin özünəməxsus memarlıq xusiyyətləri, ərazidə yerləşən qədim abidələr haqqında gənclərin biliklərini daha da zənginləşdirmək, tarixi-mədəni irsimizi təbliğ etməkdir.

YAP rayon təşkilatından bildirilib ki, gələcəkdə rayonun digər ərazilərində yerləşən tarixi-memarlıq abidələrinə də yürüşlər təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.