CƏMİYYƏT


YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Bakı, 24 aprel, AZƏRTAC

YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, rayondakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov bildirib ki, ölkəmizdə gənclər siyasətinin formalaşdırılması müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan gəncliyinə diqqət və qayğının davamlılığının nəticəsidir ki, hazırda onlar ictimai həyatın bütün sahələrində fəal iştirak edir, cəmiyyətin avanqard qüvvəsinə çevriliblər. Azərbaycan gənclərinin keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi ulu öndər Heydər Əliyevin Azərbaycanı gələcəkdə müstəqil ölkə kimi görmək istəyindən qaynaqlanırdı. Azərbaycan müstəqillik qazandıqdan, ən əsası ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu.

Bildirilib ki, son 16 ildə ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin sədri Zeynal Əsgərov IV konfransdan ötən müddətdə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

YAP Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan gəncliyinin potensial imkanlarının ortaya qoyulması üçün dövlətin göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, sıralarını gündən-günə kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyasında gənclərə fəaliyyətlərini daha da genişləndirmələri üçün lazımi şərait yaradılıb.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyevin söylədiyi “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər” fikirlərini diqqətə çatdırıb. Bildirib ki, bu gün gənclərimiz bütün sahələrdə fəallıq nümayiş etdirir, yeni-yeni hədəflərə doğru inamla addımlayan Azərbaycanın daha da qüdrətlənməsinə töhfələrini verirlər. Gənclər ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında böyük çoxluq təşkil edirlər. Partiyanın 730 mindən artıq üzvünün 40 faizdən çoxunu gənclərin təşkil etməsi onların ulu öndər Heydər Əliyev ideyalarına sədaqətlərinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərinin, onun ətrafında sıx birləşərək gələcəyə daha böyük inamla baxmalarının göstəricisidir.

Milli Məclisin deputatı Azər Badamov gənclərin inkişafına xidmət edən dövlət proqramlarının qəbulunu, Gənclər Fondunun yaradılmasını, Gənclər üçün Prezident Mükafatının təsis edilməsini onlara göstərilən diqqətin göstəricisi kimi qeyd edib.

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış gənc nəslin dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensiallarını artırmaq üçün daha geniş imkanlar əldə etdiklərini diqqətə çatdırıb.

Sonra təşkilatı məsələlərə baxılıb. Nahid Hacıyev YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. YAP Qusar rayon təşkilatı Gənclər Birliyi Şurasının tərkibi müəyyənləşib. YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.

Konfransda YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə partiyanın üzvlük vəsiqələri, fəal gənclərə Fəxri fərman təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.