YAP SEÇKİLƏRƏ HAZIRLIĞIN GEDİŞİNDƏ YENİ İŞ ÜSULLARI TƏTBİQ EDİR
AzerTAg.az
Seçkilər ərəfəsində elektoratın öyrənilməsini və seçicilərlə işi beynəlxalq təcrübədə sınaqdan çıxmış mexanizm əsasında quran YAP, hakim partiya kimi, həm seçkilərin demokratik və şəffaf keçirilməsi, həm də özünün növbəti qələbəsinin təmin olunması üçün yeni iş üsulları tətbiq edir. Bunlardan biri də rayon təşkilatlarında partiya fəalları ilə seminar-müşavirələrin təşkilidir.
Siyasi Şura üzvlərinin, partiyadan seçilmiş deputatların, partiya aparatının məsul işçilərinin iştirakı ilə bu günlərdə İmişli, İsmayıllı və Ağdaş rayonlarında keçirilən seminar-müşavirələr də bu qəbildən idi. Partiyanın təmsilçiləri bildirmişlər ki, prezident seçkiləri ərəfəsi ölkəmizdə siyasi fəallığın artması ilə səciyyələnir.
Seminar müşavirələrdə dağıdıcı müxalifətin seçkiqabağı mövqeyinə də toxunulmuş, sosial bazası olmadığından indidən özlərini sığortalamağa çalışan müxalifət partiyalarının qanunazidd hərəkətləri və onların inhisarında olan mətbuat orqanlarının təxribat, şantaj, böhtan xarakterli yazıları qətiyyətlə pislənilmiş, milli dövlətçiliyimizə və xalqımıza qarşı növbəti xəyanət kimi qiymətləndirilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var