CƏMİYYƏT


YAP Şabran rayon təşkilatının IX hesabat konfransı keçirilib

Bakı, 7 sentyabr, AZƏRTAC

Bu gün YAP Azərbaycan cəmiyyətinin həm siyasi, həm iqtisadi, həm sosial, həm də mədəni həyatında uğurlu layihələrlə, həmçinin, ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Qələbələr partiyası olan YAP zəngin və şərəfli inkişaf yoluna malikdir.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər sentyabrın 3-də Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının videoformatda keçirilən IX hesabat konfransında səsləndirilib.

Konfransda əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyovun hesabat məruzəsi dinlənilib.

Bildirilib ki, hazırda YAP Şabran rayon təşkilatı 76 ərazi ilk partiya təşkilatında 5704 üzvü birləşdirir. Onların 2877 nəfəri qadın, 2347 nəfəri isə gəncdir.

Sonra YAP Şabran rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Əmircan Ocaqov hesabat məruzəsi ilə çıxış edib.

Müzakirələr zamanı çıxış edən YAP Şabran rayon təşkilatının sədr müavini Füzuli Hüseynov, rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Turan İsgəndərova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, partiya üzvü Xalidə Əliyeva hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası yeniliyə, təkmilləşməyə xüsusi önəm verərək, fəaliyyətini dövrün, zamanın tələblərinə uyğun qurur, yeni reallıqların qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirmək üçün bütün qüvvə və səylərini səfərbər edir. Partiyanın VII Qurultayı tarixi Zəfərimizdən sonrakı dövrə təsadüf etdiyi üçün yeni hədəflərə uyğun qəbul edilən qərarlar istər ölkəmizin, istərsə də partiyamızın həyatında olduqca əhəmiyyətlidir. Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Ərazi bütövlüyümüzün bərpa olunması, tarixi torpaqlarımızın öz sahibinə qaytarılması qürurverici olmaqla yanaşı, daha böyük işlərə, qələbəmizin nəticələrini möhkəmləndirməyə çağırış edir.

Dünyaya səs salan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandıran Zəfərimizin yaratdığı reallıqların gerçəkləşməsində Yeni Azərbaycan Partiyasının rolundan bəhs edən Ə.Tağıyev YAP Şabran rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Şabran rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.