CƏMİYYƏT


YAP Səbail rayon təşkilatında Müstəqillik Gününə həsr olunan tədbir keçirib

Bakı, 27 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Cümhuriyyətin yaradılmasına həsr edilən sənədli film nümayiş olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbirdə çıxış edərək, 104 il əvvəl Azərbaycan xalqının tarixinə əbədi yazılan 28 may gününün möhtəşəm hadisələrdən biri olduğunu, xalqımızın həmin günü tariximizə həkk edənləri ehtiramla xatırladığını bildirib.

Deyib ki, Cümhuriyyət ənənələrini yaradan insanların arzularını həyata keçirən müasir Azərbaycan dövlətinin qarşısında duran vəzifələr heç də asan olmayıb. Cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyətin süqutundan sonra xalqımızın qəlbindəki azadlıq şöləsi sönməyib. Nəhayət, 1991-ci ildə xalqın iradəsi ilə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Cümhuriyyətin varisi olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Ümummilli Liderin möhkəm təməllər üzərində qurduğu dövlətimiz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti ilə inkişaf edir.

Sonra tarix üzrə fəlsəfə doktoru, dosent Elman Mirzəyev “Cümhuriyyətdən başlayan yol” mövzusunda məruzəsi dinlənilib.

Tədbir “Ömər Faiq Nemanzadə 15” ərazi partiya təşkilatının sədr müavini Gülbəniz Abbasova, Vətən müharibəsi qazisi Rəşad İsmayılov və başqalarının çıxışları ilə davam edib.

Sonda YAP fəalı, 65 yaşı tamam olan Natiq İsayevə mükafat təqdim olunub.

Qeyd edək ki, tədbir YAP Səbail rayon partiya fəallarının, idarə və müəssisələri nümayəndələrinin, həmçinin Birinci Qarabağ və Vətən müharibələrinin iştirakı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.