CƏMİYYƏT


YAP Səbail rayon təşkilatında Ümummilli Liderin xatirəsi anılıb

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən sənədli film nümayiş olunub.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbiri açaraq qeyd edib ki, Ulu Öndərin ideyalarını hər zaman yaşatmaq, gənc nəslə bu ideyaları, xatirələri çatdırmaq ən vacib məqsədlərdəndir. Mütləq həqiqətdir ki, Azərbaycan xalqı yaşadıqca Ümummilli Lider Heydər Əliyev də yaşayacaq. Bildirib ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini heç bir zaman unutmayacaq. Ümummilli Lider bütün həyatını xalqımızın rifahının yüksəlməsinə, Azərbaycan xalqının dünyada nüfuzunun daha da artmasına, dövlətimizin güclənməsinə, qüdrətlənməsinə sərf edib.

Digər çıxış edənlər Ümummilli Liderin banisi olduğu azərbaycançılıq ideologiyasından bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ruhu azadlıq və müstəqilliklə dolu idi və bu hissləri Azərbaycan xalqına da ötürə bildi.

Həmçinin bildirilib ki, Ulu Öndər Heydər Əliyevin gördüyü işlər arasında gənclər siyasətinin də mühüm yeri olub. Ümummilli Lider gənclərlə görüşlər keçirir, onlara təhsillərində dəstək olurdu. Hazırda Ulu Öndərin gənclər siyasətini Prezident İlham Əliyev yüksək uzaqgörənliklə davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.