SİYASƏT


YAP Səbail rayon təşkilatında ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə geniş tərkibli yığıncaq keçirilib

Bakı, 11 iyun, AZƏRTAC

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında iyunun 8-də YAP İcra Katibliyində partiyanın Sədr müavini – İcra katibi və Baş Nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrin icrası ilə bağlı ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə işgüzar toplantı keçirilib.

Rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, tədbirdə təşkilatın sədri, Milli Məclisin deputatı professor Şəmsəddin Hacıyev partiya təşkilatı qarşısında qoyulan vəzifələr haqqında məlumat verib. Sonra verilən tapşırıqlar üzrə ciddi müzakirələr aparılıb və təkliflər dinlənilib.

Toplantıda YAP Səbail rayon təşkilatının qeydiyyatında olan bütün ərazi ilk partiya təşkilatlarının sədrləri qarşısında vəzifələr qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.