SİYASƏT


YAP Səbail rayon təşkilatında keçirilən iclasda prezident seçkilərindən ötən bir il ərzində görülən işlərdən danışılıb

Bakı, 10 aprel, AZƏRTAC

Aprelin 10-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclas 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərindən ötən bir il ərzində görülən işlərin nəticələrinə həsr edilib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev iclasda çıxış edərək ötən bir il ərzində ölkəmizdə görülən mühüm işlər barədə danışıb. Qeyd edib ki, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik inkişafını davam etdirib, beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.

Şəmsəddin Hacıyev dövlətimizin başçısının rəhbərliyi ilə sosial, iqtisadi, təhsil, mədəni və digər sahələrdə aparılan uğurlu islahatlardan bəhs edib. Vurğulanıb ki, bu islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyat inkişaf edib, işsizlik və yoxsulluğun səviyyəsi azalıb, əmək pensiyaları artıb. Bütün uğurlarımız, xüsusilə dünyada müşahidə olunan mənfi proseslər fonunda ölkəmizdəki siyasi, iqtisadi, sosial sabitlik məhz Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir.

Sonra iclasda mövzu ilə bağlı digər çıxışlar edilib, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.