SİYASƏT


YAP Səbail rayon təşkilatının 2017-ci il üçün iş planı təsdiq olunub

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda partiyanın rayon təşkilatının idarə heyətinin üzvləri, ərazi ilk təşkilatlarının sədrləri iştirak ediblər.

Əvvəlcə partiyanın dünyasını dəyişmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev iclasın gündəliyinə təşkilatın, eləcə də nəzarət-təftiş komissiyasının 2017-ci il üçün iş planlarının müzakirəsinin daxil edildiyini vurğulayıb. Təşkilatın 2016-cı ildəki fəaliyyəti ilə bağlı məlumat verən Ş.Hacıyev diqqətə çatdırıb ki, Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən YAP Səbail rayon təşkilati il ərzində ölkəmizdə keçirilən bir sıra tədbirlərin təşkilində mühüm rol oynayıb, müxtəlif layihələrin reallaşdırılmasında fəal iştirak edib.

İclasda iş planları, eləcə də YAP-ın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və partiyanın təsis olunmasının 25 illik yubileyi ilə əlaqədar tədbirlər planları müzakirə edildikdən sonra səsə qoyularaq təsdiqlənib.

Sonra təşkilati məsələlərə baxılıb, YAP Səbail rayon təşkilatının cari ildəki fəaliyyətinin yekunları və yeni ildə qarşıda duran vəzifələr müzakirə edilib. Respublikamızın ictimai-siyasi həyatında fəal iştirak, dövlətimizin başçısının Sərəncamına əsasən, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlərin və layihələrin həyata keçirilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər çıxış edənlər də müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.