REGİONLAR


YAP Sədərək Rayon Təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Sədərək, 28 yanvar, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) xalqımızın və ölkəmizin həyatında mühüm rol oynayıb, yarandığı gündən bu günə kimi siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Partiyanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz inkişaf edən bir dövlətə çevrilib, xalqımız daha firavan həyata qovuşub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə YAP Sədərək Rayon Təşkilatının şura iclasında ətraflı bəhs olunub.

Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov çıxış edərək bildirib ki, YAP Sədərək Rayon Təşkilatı partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirib. Bəhs edilən dövrdə rayonda partiya üzvlərinin ümumi sayı 1530 nəfərə çatıb. 2018-ci ildə təşkilat öz işini partiyanın Proqram və Nizamnaməsinin tələblərinə uyğun qurmağa səy göstərərək, rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Bu dövrdə əlamətdar və tarixi günlərlə əlaqədar tədbirlərin keçirilməsinə diqqət artırılıb.

“Rayonun ictimai həyatında partiya üzvləri mütəşəkkillik göstəriblər. Partiya sıralarına qəbul daim diqqətdə saxlanılıb”, - deyən Arif Qasımov vurğulayıb ki, məqsəd gənclər arasında ideya-siyasi işi gücləndirməklə nümunəvi və bacarıqlı gənclərin partiya sıralarına daha fəal cəlbinə nail olmaqdır. İlk partiya təşkilatlarının fəaliyyəti daim diqqətdə saxlanılır, bu məqsədlə təşkilatın İdarə Heyəti və şura üzvləri yerlərdə olur, ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları ilə görüşür, söhbətlər aparırlar. Rayonda tikilən kənd mərkəzlərində partiyanın ərazi ilk təşkilatları üçün hər cür şəraiti olan iş otaqlarının ayrılması bu təşkilatların aktiv fəaliyyətinə geniş imkanlar yaradır.

Yığıncaqda YAP Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Heydər Əliyev adına Gənclər Birliyinin sədri Polad Rzazadə, YAP Sədərək kənd ərazi ilk partiya təşkilatının sədri Əjdər Məmmədhəsənov və Qaraağac kənd ərazi ilk partiya təşkilatının sədri Ayaz Əliyev çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.