SİYASƏT


YAP Sədrinin müavini: Azərbaycanın və Ukraynanın hakim partiyaları arasında imzalanan memorandum münasibətlərin inkişafına töhfə verəcək

Kiyev, 4 dekabr, AZƏRTAC

Azərbaycanın və Ukraynanın hakim partiyaları arasında əməkdaşlıq memorandumunun imzalanması iki ölkə münasibətlərinin inkişafına töhfə verəcək.

Bunu Ukraynada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AZƏRTAC-a müsahibəsində söyləyib.

Tahir Budaqov bildirib ki, Azərbaycanla Ukrayna çoxillik dostluq münasibətlərinə malikdir, dövlətlərimiz bir-birinin ərazi bütövlüyünü daim dəstəkləyib.

“Azərbaycan-Ukrayna münasibətlərinin yaranmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Hazırda isə Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyevin və Vladimir Zelenskinin münasibətləri hər iki ölkənin milli maraqlarına əsaslanır. Dövlətlər arasında əməkdaşlıq strateji tərəfdaşlıq prinsipləri çərçivəsində inkişaf edir. Sözsüz ki, hakim Yeni Azərbaycan Partiyası ilə Ukraynanın “Xalqın Xidmətçisi” Partiyası arasında əlaqələrin qurulması ümumilikdə dövlətlərimiz, xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcək”, - deyə YAP Sədrinin müavini əlavə edib.

Tahir Budaqov bildirib ki, imzalanan memorandum qarşılıqlı səfərlərin təşkili, eyni zamanda, təcrübə mübadiləsi, partiyaların gəncləri, diasporlar, vətəndaş cəmiyyətləri arasında münasibətlərin inkişafını, informasiya mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.