SİYASƏT


YAP Sədrinin müavini ÇKP və dünya siyasi partiyalarının yüksək səviyyəli dialoqunda iştirak edib

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Çin Kommunist Partiyasının (ÇKP) təşəbbüsü ilə “Modernləşmə yolu: siyasi partiyaların məsuliyyəti” mövzusunda ÇKP və dünya siyasi partiyalarının onlayn formatda yüksək səviyyəli dialoqu keçirilib.

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, partiyanın İdarə Heyəti və Təftiş Komissiyasının Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunda təmsil olunan üzvləri və Mərkəzi Aparatın məsul əməkdaşları tədbirdə iştirak ediblər.

ÇKP-nin XX Qurultayından sonra dünya siyasi partiyaları ilə ilk dəfə təşkil olunan dialoqda Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpin çıxışında hər ölkənin öz milli xüsusiyyətlərinə və maraqlarına uyğun modernləşmə yolu seçməsinə dəstək ifadə edib, beynəlxalq münasibətlərdə hegemonluq və diktə siyasətini qəbuledilməz adlandırıb, müxtəlif ölkələrin siyasi partiyalarının yeni çağırışlar mühitinə uyğun dünyanın qurulmasında rolunun artırılmasına çağırış edib.

Tədbirdə gələcək inkişaf üçün yeni ideya, konsepsiya və strategiyanın təqdim edilməsi, müxtəlif ölkələrin siyasi partiyalarının iştirakı ilə daha sağlam və təhlükəsiz dünyanın qurulması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.