SİYASƏT


YAP Sədrinin müavini: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ciddi iqtisadi potensiala malikdir

Bakı, 25 yanvar, AZƏRTAC

2020-ci il Azərbaycan dövlətinin və xalqının çoxəsrlik tarixinə əlamətdar il kimi daxil oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Bu hadisə Azərbaycanın çoxəsrlik tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Şanlı Qələbəmiz təkcə tarixi ədalətin bərpası və Azərbaycanın haqlı mübarizəsinin kulminasiya nöqtəsi deyil.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında ifadə edib.

Tahir Budaqov deyib ki, Qələbə nəticəsində regionda yeni reallıqlar yarandı və Azərbaycanın regionda onsuz da böyük olan rolunun bundan sonra daha da artması üçün yeni imkanlar formalaşdı.

“Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycanın iqtisadi rayonlarının bölgüsünə yenidən baxıldı və işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Bu rayonlar ciddi iqtisadi potensiala malikdir. Təbii ki, həmin iqtisadi rayonların imkanlarından səmərəli istifadə və onların potensialının ölkənin ümumi potensialına inteqrasiyası Azərbaycanın bundan sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. İndi həmin ərazilərdə bərpa prosesi ən müasir tələblərə cavab verən səviyyədə müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməkdədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qısa müddət ərzində nəhəng infrastruktur layihələri artıq reallaşdırılıb”, - deyə Tahir Budaqov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.