REGİONLAR


YAP Sumqayıt şəhər təşkilatının Heydər Əliyev Məktəbi növbəti məşğələsini Ümummilli Liderin anım gününə həsr edib

Sumqayıt, 10 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının Heydər Əliyev Məktəbi növbəti məşğələsini partiyanın yaradıcısı Ümummilli Liderin anım gününə həsr edib.

AZƏRTAC xəbər verir ki, məşğələ müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Unudulmaz şəxsiyyət, Azərbaycanın ən yeni tarixində misilsiz xidmətləri olan Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında sənədli film izlənilib.

Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı böyük xidmətindən danışıb. "Bu gün ümummilli lider Heydər Əliyevin ölməz xatirəsi Azərbaycan xalqı tərəfindən böyük ehtiramla anılır. Çünki onun bu xalqın həyatındakı rolu misilsizdir", - deyən sədr Heydər Əliyev şəxsiyyətinin ucalığından, xalqımız qarşısındakı xidmətlərindən bəhs edib.

Sonra "Azərbaycan dövlətçiliyinin xilaskarı - Heydər Əliyev”, "Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında xidmətləri", "Azərbaycan səhiyyəsinin uğurları ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir" və "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda məruzələr dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.