CƏMİYYƏT


YAP Suraxanı rayon təşkilatında Gənclər Birliyinin V konfransı keçirilib

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında Gənclər Birliyinin V konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətinə həsr olunmuş fotoslayd təqdim olunub.

Konfransda çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gənclər siyasəti həyata keçirilir. “Bu siyasətin təməlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs dayanır. Ölkəmizdə aparılan gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir. Ulu Öndər hər zaman gənc nəslə qayğı göstərir, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, onların hərtərəfli inkişafını təmin edib. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev gənclərlə işə dövlətin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət ayırır”, - deyə Vüqar Seyidov vurğulayıb.

Tədbirdə çıxış edən gənc fəallar ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini bildirib və gənclərə göstərilən diqqət və qayğıdan, onların inkişafı üçün yaradılan şəraitdən bəhs ediblər.

Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Ağacan Abıyev, Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və başqaları bildiriblər ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində gənclərin hərtərəfli inkişafı təmin olunub. Məhz aparılan uğurlu siyasət sayəsində bu gün gənclər cəmiyyətin fəal təbəqəsinə çevriliblər.

Sonra YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin şurasına 23, İdarə Heyətinə isə 9 nəfərdən ibarət üzv seçilib. YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin sədri Fərəh Məcidzadə və Bayram Bəxtiyaroğlu, Arzu Həsənzadə, Murad Arzuoğlu isə sədrin müavinləri seçiliblər.

Daha sonra Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin V konfransının nümayəndələri adından Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciəti qəbul olunub.

Sonda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.