CƏMİYYƏT


YAP Təftiş Komissiyasının növbəti iclası keçirilib

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.

İclasda YAP Mərkəzi Aparatının və yerli təşkilat aparatlarının maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin aparılmasına dair təlimat və digər cari məsələlər müzakirə olunub.

YAP Təftiş Komissiyasının üzvləri Nizami Səfərov, Elman Nəsirov, Aydın Hüseynov, Həsən Həsənov, Musa Musayev, Naqif Həmzəyev və Məlahət İbrahimqızı gündəlikdə duran məsələlərə münasibət bildiriblər.

Gündəliyə çıxarılan məsələlərin hər biri təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.