REGİONLAR


YAP Tərtər rayon təşkilatının üzvləri şəhid Anar İsaxlının ailəsini ziyarət ediblər

Tərtər, 1 iyun, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olanların ailələri ilə görüşlərini davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP rayon təşkilatının üzvləri Vətən müharibəsi şəhidi İsaxlı Anar Rəsul oğlunun doğum günü ilə əlaqədar onun ailəsini ziyarət ediblər. Görüş zamanı Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid ailələrinə və qazilərə döstərilən dövlət qayğısından danışılıb.

Bildirilib ki, Tərtər rayon Cəmilli kənd sakini Anar İsaxlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Düşmənin artilleriya atəşi nəticəsində həlak olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

YAP fəalları şəhidin ailəsinin problemləri ilə maraqlanılıb və köməkliklər göstəriblər. Şəhidin valdeyni göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Şəhid Anar İsaxlının doğum günü ilə əlaqədar onun məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.