REGİONLAR


YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Naxçıvan, 3 mart, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) Yeni Azərbaycan Partiyası (YAP) Universitet şəhərciyi ərazi ilk təşkilatının hesabat-seçki yığıncağı olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yığıncaqda çıxış edən NDU-nun rektoru Elbrus İsayev partiyanın keçdiyi inkişaf yolundan bəhs edib. Bildirib ki, bu gün ziyalı, vətənpərvər, sağlam siyasi əqidəyə malik 760 min partiya üzvünü öz sıralarında birləşdirən YAP-ın təməl prinsiplərinin formalaşması məhz Naxçıvan Muxtar Respublikasından başlanıb. Bu gün də YAP Muxtar Respublika təşkilatı bu yolda inamla addımlayır və partiya üzvləri müxtəlif sahələrdə fəallıq göstərərək, istər respublika miqyaslı, istərsə də beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər.

Rektor qeyd edib ki, muxtar respublikanın ən böyük ali təhsil ocağı olan NDU-da tələbə-gənclərin təhsili, onların intellektual inkişafı, vətənpərvərliyi, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsi və sağlam siyasi təfəkkürdə formalaşdırılması diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının 2 min 162 üzvü var. Üzvlərin 211-i professor-müəllim heyəti, 1210-u isə qızlardır.

YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov bildirib ki, hazırda muxtar respublikada 502 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlardan muxtar respublika üzrə ən böyüyü məhz Universitet şəhərciyi ərazi ilk partiya təşkilatıdır. Bu ilk təşkilatı fərqləndirən əsas xüsusiyyət say tərkibində ziyalı təbəqə və həm ölkəmiz, həm də partiyamız üçün xüsusi əhəmiyyəti olan fəal gənclərin çox olmasıdır. Partiyanın gələcəyi, onun mövqelərinin saxlanılması və daha da möhkəmləndirilməsi missiyasının uğurla davam etdirilməsi gənclərin əlindədir.

Universitetin İngilis dili və metodika kafedrasının baş müəllimi Aidə Cəlilzadə, Azərbaycan tarixi kafedrasının müdiri Zəhmət Şahverdiyev və YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli məruzələr ətrafında çıxış ediblər.

Yığıncaqda YAP Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının sədri Asəf Əliyev və Universitet YAP Gənclər Birliyinin sədri Elgün Tağıyevin hesabat çıxışları dinlənilib.

Sonra yığıncağın qərarı qəbul edilib. Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının 13 nəfərdən ibarət idarə heyəti seçilib. Arzu Abdullayev təşkilatın sədri seçilib. O, minnətdarlıq edib, təşkilatın fəaliyyətinin genişləndirilməsində səylə çalışacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.