CƏMİYYƏT


YAP Xaçmaz rayon təşkilatının X hesabat konfransı keçirilib

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəlik təsdiqləndikdən sonra YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyi naminə fəaliyyət göstərən siyasi partiyadır. Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı, ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır.

Qeyd olunub ki, YAP Xaçmaz rayon təşkilatı hesabat dövrü ərzində tədbirlər planına uyğun olaraq, YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyələrini rəhbər tutaraq fəaliyyət göstərib, rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. YAP Xaçmaz rayon təşkilatı 124 ərazi ilk təşkilatında 9300 partiya üzvünü öz sıralarında birləşdirir. Onlardan 4323 nəfəri qadınlar, 3436 nəfəri isə gənclərdir.

Sonra YAP Xaçmaz rayon təşkilatı Nəzarət Təftiş Qrupunun sədri Fərhad Şeydayevin hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Sevil Mikayılova, YAP Xaçmaz rayon təşkilatının sədr müavini, Qadınlar şurasının sədri Sevinc Sədullayeva, Susay ərazi ilk partiya təşkilatının sədri Amil Rəhimov və İkinci Qarabağ müharibəsi veteranı Vüqar Fərzəliyev çıxış edərək YAP Xaçmaz rayon təşkilatının fəaliyyətinə münasibətlərini bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən illər ərzində böyük inkişaf yolu keçdiyini bildirib. O qeyd edib ki, partiyamız möhtəşəm uğurlara imza atıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib.

Onun sözlərinə görə, YAP daim yenilikçi siyasət həyata keçirən partiyadır və bu baxımdan partiyanın VII Qurultayında mühüm qərarlar qəbul olunub. Ə.Tağıyev yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən də ətraflı şəkildə bəhs edib, YAP Xaçmaz rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, YAP Xaçmaz rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.