CƏMİYYƏT


YAP Xətai rayon təşkilatının daha bir ərazi partiya təşkilatı yaradılıb

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da, Müstəqillik Günü ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının daha bir qolu - Xocalı prospekti 15 ünvanı üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.

YAP Xətai rayon təşkilatından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb. O, YAP-ın cəmiyyətdə artan nüfuzundan, tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultaydan sonra partiyanın həyatındakı yeniliklərdən geniş bəhs edib. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, özünün real həyatda təsdiqini tapıb: “Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 18 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayır. Ümummilli lider Heydər Əliyev ideyalarının fəal təbliğatçısı olan YAP-ın hər bir üzvü yeni-yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycanın bu məqsədlərə yüksək səviyyədə nail olmasına öz töhfəsini verməyə səy göstərir”.

Vüqar Rəhimzadə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın möhtəşəm uğurları barədə ətraflı məlumat verib.

Daha sonra təşkilati məsələyə baxılıb. Elgiz Dadaşov yeni yaradılan ərazi partiya təşkilatının sədri, Əhməd Bayramov isə sədr müavini seçiliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.