CƏMİYYƏT


YAP ən yüksək təhsil nəticələri göstərmiş 10 tələbəyə partiya təqaüdü verilməsi barədə qərar qəbul edib

Bakı, 14 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) pandemiya dövründə dərs ilinin başlanmasını yeni layihə ilə qarşılayır. Ən yüksək təhsil nəticələri göstərən 10 nəfər universitet tələbəsinin hər birinə ayda 50 manat məbləğində partiya təqaüdü verilməsi qərara alınıb. Partiya təqaüdünə namizədlərin Təhsil Nazirliyi tərəfindən təqdim edilməsi nəzərdə tutulur. Hesab edirik ki, Yeni Azərbaycan Partiyasının bu addımı pandemiya dövründə və ondan sonra Azərbaycanda təhsilin populyarlaşdırılmasına, gənclərimizin biliklərə yiyələnməyə həvəslərinin daha da güclənməsinə töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası tərəfindən yeni layihəyə start verilməsi ilə əlaqədar partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

Hüseyn Paşayev qeyd edib ki, 2004-cü ildən etibarən Yeni Azərbaycan Partiyası tərəfindən məktəblilərin “Heydər Əliyev” inşa yazısı müsabiqələrinin qalibləri olmuş universitet tələbələrinə də təqaüdlər verilir. Hazırda 70 tələbə bu cür təqaüdləri alır. Ümumiyyətlə, 2004-cü ildən bəri 150-dən artıq tələbəyə Yeni Azərbaycan Partiyasının təqaüdləri verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.