CƏMİYYƏT


YAP gənclərinin “Hər birimiz əsgərik” aksiyası davam edir

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş təxribatdan sonra Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin başlatdığı “Hər birimiz əsgərik” aksiyası davam edir.

Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində partiyanın könüllü gəncləri səngərlərin möhkəmləndirilməsində istifadə olunması üçün cəbhəyə işlənmiş təkər şinlərinin göndərilməsi kampaniyasına qoşulub. Belə ki, vətənpərvər kampaniyaya dəstək verən partiyanın gəncləri cəbhədə istehkam sədlərinin qurulması, müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsində istifadə olunacaq avtomobil şinlərinin müxtəlif yük maşınları vasitəsilə cəbhə xəttinə göndərilməsinə başlayıblar.

Kampaniya iştirakçıları bildiriblər ki, təkər şinləri cəbhə xəttində qəbul edilir və hərbçilərimizin təhlükəsizliyi üçün səngərlərdə istifadə olunur. Hər bir vətəndaşın borcu orduya, əsgərimizə, Azərbaycan torpaqlarını müdafiəsinə işinə dəstək verməkdir.

Qeyd edək ki, toplanan təkər şinləri üç yük maşını ilə cəbhə xəttinə yola salınıb. Kampaniyanın mütəmadi davam etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.