SİYASƏT


YAP-ın Gənclər Birliyi İrandakı səfirliyimizə silahlı hücumla əlaqədar bəyanat yayıb

YAP-ın Gənclər Birliyi İrandakı səfirliyimizə silahlı hücumla əlaqədar bəyanat yayıb

Bakı, 27 yanvar, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla əlaqədar bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi olaraq 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu qəti şəkildə pisləyir və kəskin etirazımızı bildiririk. Bu namərd hücum birbaşa olaraq Azərbaycan dövlətinə qarşı yönəlmiş terror aktıdır. Bu vandalizmin uzun illərdir ki, ölkəmizin əleyhinə çirkin təbliğatın, milyonlarla soydaşımıza qarşı yersiz və haqsız “mübarizə”nin aparıldığı, Azərbaycana qarşı təxribat xarakterli addımların atıldığı İran İslam Respublikasında baş verməsi təsadüfi deyildir.

Heç şübhəsiz, Azərbaycan dövlətinə qarşı təxribatlar törədənlər və onlara dəstək olanlar hər zaman öz layiqli cavablarını alırlar. Qırx dörd günlük Vətən müharibəsində bəzi ölkələr, o cümlədən İran tərəfindən göstərilən dəstəyə baxmayaraq, biabırçı şəkildə məğlubiyyətə uğrayan Ermənistanın və erməni terrorizminin başının əzilməsi bu reallığın bariz nümunəsidir.

Terror aktı nəticəsində şəhid olmuş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza şəfa diləyir, diplomatik nümayəndəliyimizin qorunmasına cavabdeh olan İran İslam Respublikasından bu xain hücumun arxasında duranların ən qısa zamanda müəyyənləşdirilərək layiqincə cəzalandırılmasını tələb edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.