SİYASƏT


YAP-ın seçkilərdə möhtəşəm qələbələrinin əsas səbəbi xalqın Prezident İlham Əliyevin siyasətini dəstəkləməsidir

Bakı, 15 fevral, AZƏRTAC

Yeni Azərbaycan Partiyası hər bir seçkiyə ciddi şəkildə hazırlaşır və bunun nəticəsində də böyük uğurlara imza atır. Ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkiləri bu reallığı bir daha təsdiqləyir.

Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın rayon və şəhər təşkilatları sədrlərinin müşavirəsində söyləyib.

Əli Əhmədov deyib ki, son bələdiyyə seçkilərində YAP yüksək nəticə əldə edib. Partiya digər bələdiyyə seçkiləri ilə müqayisədə ən yüksək nəticəni bu dəfə qazanıb. Seçkilərdə 15035 bələdiyyə üzvlüyünə seçilənlərdən 10315 nəfəri YAP-ın üzvləridir. Bu da bütövlükdə bələdiyyə üzvlərinin 68 faizi deməkdir. Bu, indiyə qədər keçirilmiş bələdiyyə seçkilərində ən yüksək nəticədir. Təbii ki, bu möhtəşəm qələbənin başlıca səbəbi Azərbaycan xalqının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləməsidir. Bu siyasət nəticəsində son illər ölkəmiz sürətlə inkişaf edib, əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Eyni zamanda, həyata keçirilən proqramlar nəticəsində ölkəmizin regionları da sosial-iqtisadi baxımdan dinamik inkişaf edir. Təbii ki, bu, seçkilərdə qələbəmizi şərtləndirən əsas amildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.