MƏDƏNİYYƏT


YARAT “Hədis” filminin nümayişinə hazırlaşır

YARAT “Hədis” filminin nümayişinə hazırlaşır

Bakı, 26 may, AZƏRTAC

YARAT Müasir İncəsənət Mərkəzi “Animafilm studio”nun istehsal etdiyi “Hədis” filmini təqdim edəcək. Bu qısametrajlı animasiya filmini qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır.

Bu barədə AZƏRTAC-a YARAT Müasir İncəsənət Mərkəzindən bildirilib.

“Film gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub. Rejissoru Nəzrin Ağamalıyeva olan ekran əsərinin ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyevdir. “Hədis” filmi Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin dəstəyi ilə çəkilib. Filmin nümayişdən sonra yaradıcı heyətlə müzakirələr aparılacaq. Film Azərbaycan dilində, ingilis dilində alt yazılarla nümayış olunacaq. İyunun 1-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində göstəriləcək ekran əsərinə hər kəsin baxa bilmək imkanı var”, - deyə məlumatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.