REGİONLAR


YARAT İncəsənət Məkanının Qaxda təşkil etdiyi sərgiyə xarici turistlər böyük maraq göstərir VİDEO

Qax, 8 avqust, Mustafa Dadaşov, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanının iyulun 8-də Qax Dövlət Rəsm Qalereyasında açdığı “Zamanın izləri” adlı səyyar sərgini indiyədək 500-dən artıq incəsənət həvəskarı izləyib.

Bu barədə AZƏRTAC-a Rəsm Qalereyasının direktoru Səbinə Əfəndiyeva məlumat verib.

Onun sözlərinə görə, turizm məkanlarından olan Qaxda belə bir sərginin açılması mühüm əhəmiyyət daşıyır. Rayonun incəsənət həvəskarları ilə yanaşı, Qaxa gələn yerli və xarici turistlər də bu sərgiyə böyük maraq göstərirlər. Sərgini izləyənlər arasında ingilis, holland, ərəb turistlər üstünlük təşkil edir.

Qeyd edək ki, “Zamanın izləri” adlı səyyar sərgi regionlarda ilk olaraq Qax rayonunda təşkil olunub. Sərgidə Azərbaycanın, eyni zamanda, türk, gürcü və rus rəssamlarının video, foto və digər janrlarda işlədikləri əsərlərdən ibarət kolleksiya nümayiş etdirilir. Bu əsərlərdə gündəlik həyatda rastlaşdığımız ən adi hadisələr öz əksini tapıb. Ekspozisiyaya daxil olan əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının bir hissəsidir.

Sərgi sentyabrın 10-dək davam edəcək. Qaxdan sonra bu sərginin Zaqatala rayonunda açılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.