REGİONLAR


YARAT Müasir İncəsənət Məkanı Qaxda növbəti səyyar sərgisini açır

Qax, 13 mart, Mustafa Dadaşov, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanı 2019-cu ilin ilk səyyar sərgisini Qax rayonunda təşkil edir. Sərginin proqramına YARAT-ın daimi kolleksiyasında olan bir neçə əsərin nümayişi, həmçinin müasir incəsənətin təbliği ilə bağlı seminar və ustad dərslərinin keçirilməsi daxildir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyar sərgi çərçivəsində martın 12-dən başlayaraq Qax şəhərindəki Heydər Əliyev Mərkəzində YARAT-ın təhsil layihəsi üzrə müxtəlif yaş qruplarına aid dinləyicilər üçün mühazirə və seminarlar, ustad dərslər təşkil edilir. İbtidai sinif müəllimləri üçün təşkil edilən ilk seminar “Vizuallaşdırma və onun praktiki tətbiqi” mövzusuna həsr olunub.

İctimai sahədə fəaliyyət göstərənlər üçün martın 13-də təşkil edilən növbəti seminarda isə YARAT Müasir İncəsənət Məkanının İctimaiyyətlə əlaqələr departamentinin direktoru Hökumə Kərimova dinləyicilərlə auditoriyanın qurulması, ictimaiyyətlə ünsiyyətin yaradılması, natiqlik mədəniyyəti, auditoriya qarşısında çıxış etmək və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

Departamentin direktoru AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səyyar sərgi çərçivəsində, həmçinin YARAT-ın rezident rəssamlarından Aydan Mirzəyeva ana və uşaqlar üçün “Yarpaqlar ilə kompozisiya” mövzusunda ustad dərs və Aqil Abdullayev “Çünki növbəti bizik - gender, ictimaiyyət, onlayn qüvvə” mövzusunda mühazirə keçəcəklər. Təhsil proqramına beynəlxalq rəssamlar Mandy Merzabanın və Laura Bianconun ustad dərsləri də daxil edilib.

Səyyar sərginin rəsmi açılış mərasimi martın 14-də Qax Dövlət Rəsm Qalereyasında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.