MƏDƏNİYYƏT


“YARAT Talks” layihəsi çərçivəsində növbəti görüş

Bakı, 1 oktyabr, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “YARAT Talks” layihəsi çərçivəsində rəssam, heykəltaraş, qalereya işi üzrə menecer və ictimai xadim Aydan Salahova ilə görüş keçiriləcək.

YARAT-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 5-də təşkil olunacaq görüşdə Aydan Salahova özünün fəaliyyəti və yeni layihələrindən bəhs edəcək, həmçinin cari hadisələrin incəsənət sferasına və rəssamlara təsiri, incəsənət səhnəsindəki metamorfozlar və gələcək perspektivlər haqqında müzakirə aparacaq.

Aydan Salahova əsərlərində Şərqlə Qərbin qarşılıqlı əlaqələri, daxili qadağalar və azadlıq, kişi və qadın başlanğıcları, eləcə də dünyada qadının rolu və onun incəsənətdəki obrazı mövzularını araşdırır. Əsərləri Tretyakov Qalereyası, Moskva Müasir İncəsənət Muzeyi (MMOMA), Rus Muzeyi, “Yekaterina” Mədəniyyət Fondu, “Teutloff Museum”, həmçinin müxtəlif ölkələrin şəxsi kolleksiyalarında saxlanılır.

Moderatoru Fərəh Ələkbərli olan görüş YARAT Müasir İncəsənət Mərkəzində təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.