MƏDƏNİYYƏT


“YARAT” Teatr Klubu dəvət edir...

Bakı, 6 iyun, AZƏRTAC

“YARAT” Teatr Klubunun peşəkar və həvəskar aktyorları teatrsevərləri gənc rejissor Elmin Bədəlovla birlikdə hazırladıqları səhnə əsərlərinin nümayişinə dəvət edir.

AZƏRTAC xəbər verir ki, iyunun 22-də təqdim olunacaq “Araqarışdıran”, “10 sm” və “Küləfirəngi” tamaşaları “YARAT” Müasir İncəsənət Mərkəzində nümayiş etdiriləcək.

Səhnə əsərləri tanınmış rəssamlar Aida Mahmudova və Mikelancelo Pistolettonun hazırda “YARAT”da sərgilənən əsərlərindən ilhamlanaraq ərsəyə gəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.