MƏDƏNİYYƏT
“YARAT” da “Etno hip-hop” adlı konsert proqramı təqdim olunacaq
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində “Etno hip-hop” adlı konsert proqramı təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, musiqili gecədə xalq mahnıları, klassik, etno caz, hip-hop janrlarının sintezindən ibarət kompozisiyalar səslənəcək. Konsertdə gənc musiqiçi, bəstəkar İsmayıl Zülfüqarov öz bəstələdiyi, o cümlədən, məşhur klassik musiqiləri üç fərqli alətdə (tar, ud, gitara) ifa edəcək. Tədbirin iştirakçıları musiqi sahəsində göstərdiyi fəaliyyətlərə görə xüsusi adlara layiq görülən, prezident təqaüdçüləri və bir çox müsabiqələrin qalibləri olan gənclərdir.
Konsertdə iştirak sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [19:00]
Basqal hamamı: tarixi məkan, memarlıq və mədəni irs
- 18.04.2024 [16:48]
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib
- 18.04.2024 [13:14]
Bu həftə 60-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
- 18.04.2024 [12:08]
Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir
- 18.04.2024 [11:35]