MƏDƏNİYYƏT


YARAT-da “Məhəbbət” tamaşası nümayiş ediləcək

Bakı, 25 may, AZƏRTAC

İyunun 3-də YARAT Müasir İncəsənət Mərkəzində “Məhəbbət” tamaşası nümayiş ediləcək.

YARAT-dan AZƏRTAC-a bildirilib ki, YARAT Teatr Klubunun təqdim etdiyi səhnə əsəri kişi və qadın münasibətləri, insanlar arasında canlı ünsiyyət, insan səhvləri, kompromis, bağışlanma və nəhayət sevgi haqqındadır.

Baxmayaraq ki, pyes "yeni dalğa" cərəyanın nümayəndəsi olan Lyudmila Petruşevskaya tərəfindən çətin və "durğun" dövrdə (1974) yazılıb, əsər bu gün də öz aktuallığını itirmir.

Tamaşanın rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Mikayıl Əliyevdir.

Səhnə əsərində aktyorlar Səbinə Asim (Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası), Bəhruz Əliyev (Azərbaycan Dövlət Akademik Gənc Tamaşaçılar Teatrının aktyoru), Məryəm Adıgözəlova (Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası) çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.