MƏDƏNİYYƏT


YARAT-da mühazirə - “Beynəlxalq incəsənətdə dekolonial aktivizm”

YARAT-da mühazirə - “Beynəlxalq incəsənətdə dekolonial aktivizm”

Bakı, 20 may, AZƏRTAC

Mayın 23-də YARAT Müasir İncəsənət Mərkəzində “Beynəlxalq incəsənətdə dekolonial aktivizm” adlı mühazirəsi təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, mühazirə tədqiqatçı Əfsanə Tahirovanın iştirakı ilə keçiriləcək.

Mühazirəsində müxtəlif ölkələrin sənətçilərinin öz mədəniyyətlərini “dekolonial” baxışla necə təmsil etdiklərindən bəhs ediləcək, həmçinin müstəmləkə olmuş ölkələrinin incəsənətinin müstəmləkəçilikdən hələ də təsirləndiyini, öz sənətlərində necə ifadə etdiklərini və digər amillər araşdırılacaq.

Əfsanə Tahirova, Azərbaycanda, Böyük Britaniyada və Avstraliyada təhsil alıb. Fərdi və kollektiv identiklik mövzusunu, müstəmləkəçiliyin identikliyə təsirini və nəsildən-nəslə ötürülən travmaların identikliyin formalaşmasındakı rolunu araşdırır. İncəsənəti identikliyin ifadəsinin vasitələrindən biri kimi tədqiq edir.

Mühazirə Azərbaycan dilində aparılacaq.

Mühazirədə iştirak etmək istəyənlər https://shorturl.at/egnzV  linkindən qeydiyyatdan keçməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.